Özəl investisiya şirkəti

Private equity firm Biznesi genişləndirmək üçün maliyyə vəsaitinə ehtiyacı olan özəl şirkətlərə investisiya edən şirkət. İnvestor şirkət üstünlük təşkil edən payı alır və idarə heyətində iştirak edir.
Ötürülmüş divident
Özəlləşdirmə çeki
OBASTAN VİKİ
Azərbaycan İnvestisiya Şirkəti
"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) — Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib. Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir. Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin "Saham Holdinq" investisiya fondu və Yəmənin "Al-Ahmar Group" şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədilə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib. Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən prinsipləri aşağıdakılardır: Kommersiya səmərəliliyi; Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu; İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması; İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması; Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması; Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi; Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması; İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi; AİŞ-in minoritar paya (30%-dək) sahib olması; AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası).
Mubadala İnvestisiya Şirkəti
Mubadala İnvestisiya Şirkəti (ərəb. شركة مبادلة للاستثمار‎) — gələcəyə investisiya fondu kimi təsnif edilə bilən Birləşmiş Ərəb Əmirliyinin dövlət holdinqi. O, 2017-ci ilin yanvarında Mubadala İnkişaf Şirkəti ilə Beynəlxalq Neft İnvestisiya Şirkətinin birləşməsi nəticəsində yaradılıb. Fond bütünlüklə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin hökumətinə məxsusdur. Mubadalanın missiyası Əbu-Dabi iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. Əsas diqqət əmirlik üçün yüksək maliyyə gəlirləri və maddi sosial faydalar təmin etmək məqsədi daşıyan uzunmüddətli investisiyaların idarə edilməsinə yönəlib. 1984-cü ildə ilk suveren fond olan Beynəlxalq Neft İnvestisiya Şirkəti (IPIC) Əbu-Dabi hökuməti tərəfindən neft gəlirlərini neft ehtiyatları tükəndikdə əmirliyin sakinlərinin gələcəyini təmin edə biləcək investisiyalara yatırmaq üçün yaradılmışdır. Fond enerji sənayesində ixtisaslaşmışdır. 2002-ci ildə ikinci suveren fond olan "Mubadala Development Company" yaradıldı. IPIC əvvəlcə əmirliyin xaricdəki neft aktivlərini idarə etmək üçün nəzərdə tutulduğu halda, Mubadala İnkişaf Şirkəti yeni sənaye sahələrinə investisiya qoymaq və əmirliyin iqtisadiyyatını şaxələndirmək üçün yaradılmışdır.
Azərbaycan İnvestisiya Şirkəti ASC
"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) — Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib. Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir. Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin "Saham Holdinq" investisiya fondu və Yəmənin "Al-Ahmar Group" şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədilə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib. Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən prinsipləri aşağıdakılardır: Kommersiya səmərəliliyi; Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu; İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması; İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması; Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması; Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi; Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması; İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi; AİŞ-in minoritar paya (30%-dək) sahib olması; AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası).
İnvestisiya
İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir. İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir. İnvestisiyalar — mənfəət əldə etmək və (və ya) başqa bir faydalı effekt əldə etmək üçün sahibkarlıq və (və ya) digər fəaliyyət obyektlərinə qoyulmuş pul dəyəri, pul hüquqları olan digər hüquqlar da daxil olmaqla pul, qiymətli kağızlar, digər əmlak. C. R. McConnell və S. L. Bryu, İqtisadiyyat kitablarında investisiyanı istehsal və istehsal vasitələrinin yığılması ilə birlikdə mal ehtiyatlarının artması kimi dəyərləndirdilər. Monetar pul nəzəriyyəsi baxımından vəsait istehlaka və ya qənaətə sərf edilə bilər.
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı. Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür. Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.
Özəl detektiv
Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv. Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır. Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir. Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar. Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir. Vikianbarda Özəl detektiv ilə əlaqəli mediafayllar var.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl şəbəkə
Özəl şəbəkə və ya şəxsi şəbəkə — internet şəbəkəsində IP-ünvanların şəxsi ünvan məkanından istifadə edən kompüter şəbəkəsi. Bu ünvanlar adətən yaşayış, ofis və müəssisə mühitlərində yerli şəbəkələr (LAN) üçün istifadə olunur. Həm IPv4, həm də IPv6 spesifikasiyası şəxsi IP-ünvan diapazonlarını müəyyən edir. Özəl şəbəkə ünvanları heç bir xüsusi təşkilata verilmir. Hər kəs bu ünvanlardan regional və ya lokal internet reyestrlərinin təsdiqi olmadan istifadə edə bilər. Özəl IP-ünvan boşluqları əvvəlcə IPv4 ünvan tükənməsini gecikdirməyə kömək etmək üçün müəyyən edilmişdir. Özəl IP-ünvanından gələn və ya ona ünvanlanan IP paketləri ictimai internet vasitəsilə yönləndirilə bilməz. İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiya (IETF) İnternet Nömrələrinin Verilməsi Mərkəzinə (IANA) şəxsi şəbəkələr üçün aşağıdakı IPv4 ünvan diapazonlarını ehtiyatda saxlamağı tapşırmışdır: Praktikada bu diapazonları daha kiçik subnetlərə bölmək adi haldır.
İnvestisiya bankı
İnvestisiya bankı (ing. Investment bank) — iri şirkətlərin və hökumətlərin qlobal maliyyə bazarlarında kapital toplamasını təşkil edən, eyni zamanda səhmlər və istiqrazlar, ticarəti sahəsində lider vasitəçi olmaqla, müəssisələrin alqı-satqısı, vasitəçilik xidmətləri göstərən bir maliyyə qurumu, valyutalar və əmtəələr, həmçinin fəaliyyət göstərdiyi bütün bazarlar barədə analitik hesabatlar verir. ABŞ bankları 1930-cu illərdə Böyük Depressiya səbəbiylə ticarət və investisiya banklarına ayrıldı. Lakin 1999-cu ildə Qlass — Stiqoll qanunu ləğv edildi və kommersiya banklarına yenidən investisiya bankçılığı ilə məşğul olmağa icazə verildi. Vəziyyət 2007-2009 böhranı ilə əlaqədar olaraq dəyişməyə başladı: İngiltərə və ABŞ daxil olmaqla bir çox ölkə investisiya bankçılığını kommersiya bankçılığından ayırmaq məsələlərini müzakirə edir. Tipik investisiya bankı aşağıdakı funksiyaları yerinə yetirir: Anderraytinq və qiymətli kağızlar ticarəti; Xüsusi və institusional investorlara broker xidmətləri təklif etmək; Birləşmə və satın almalar xidmətləri; Maliyyə analitikası və tədqiqatı; Müəyyən qiymətli kağız növləri üçün marketmeykerlər. İnkişaf etmiş maliyyə bazarı olan bir ölkədə fəaliyyət göstərən bir investisiya bankı üçün birləşmə və birləşmələr çox vaxt əsas gəlir sahəsinə çevrilir. Bir çox Rusiya müəssisəsi və maliyyə qrupu, birləşmə və birləşmələri həyata keçirmək üçün bir investisiya bankının xidmətlərinə ehtiyac olduqda hələ inkişaf səviyyəsinə çatmamışdır. Rus şəraitində birləşmə və satınalma çox vaxt böyük hissə blokları ilə əməliyyatlar kimi başa düşülür. Bununla birlikdə, ayrı-ayrı müəssisələrin alqı-satqısı, birləşmə və birləşmə ilə eyni deyil.
İnvestisiya fondu
İnvestisiya portfeli investisiya fondunun malik olduğu aşağıda göstərilən tələblərə cavab verən investisiyaların məcmusudur: açıq investisiya fondu üçün xalis aktivlərinin dəyərinin 15 faizə qədəri, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin dəyərinin 25 faizə qədəri bir emitentin qiymətli kağızları olan emissiya qiymətli kağızlarına investisiya oluna bilər. Dövlət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlara açıq investisiya fondunun xalis aktivlərinin 25 faizə qədəri, qapalı investisiya fondunun xalis aktivlərinin isə 35 faizə qədəri investisiya oluna bilər,açıq investisiya fondu bir emitentin qiymətli kağızlarının qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış ümumi məbləğinin 15 faizə qədərini, qapalı investisiya fondu isə 25 faizə qədərini ala bilər. 1. İnvestisiya fondunun nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılmasının xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 2. Nizamnamə kapitalı artırıldıqda səhmdarların yeni emissiya edilən səhmlərin alınmasında üstün hüquqları yoxdur. İnvestisiya fondunun afilə edilmiş şəxsləri aşağıdakılardır: onun müdiriyyəti (müdiri) və müdiriyyətin (müdirin) afilə edilmiş şəxsləri; investisiya fondunun vəzifəli şəxsləri; investisiya fondunun bütün səhmlərinin 5 faizindən artıq hissəsinə sahib olan fondun səhmdarları; nizamnamə kapitalında investisiya fondunun payı 5 faizdən artıq olan səhmdar cəmiyyətləri. Fondun müdiriyyətinin (müdirinin) afilə edilmiş şəxsləri onun müdiriyyətinin vəzifəli şəxsləri və iştirakçılarıdır, habelə qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət göstərən digər subyektlərdir.
İnvestisiya payı
İnvestisiya payı — investisiya fondunu təşkil edən əmlakın mülkiyyətində onun sahibinin payını, idarəedici şirkətdən pay investisiya fondunun düzgün idarə edilməsini tələb etmək hüququnu, etibarlı idarəetmə müqaviləsinə xitam verildikdə pul kompensasiyası almaq hüququnu təsdiq edən adlı qiymətli kağız pay investisiya fondunun bu pay investisiya fondunun investisiya paylarının bütün sahibləri ilə (pay investisiya fondunun fəaliyyətinə xitam verilməsi). Açıq paylı investisiya fondunun investisiya payı həm də bu pay sahibinin idarəedici şirkətdən investisiya payının geri alınmasını və bununla əlaqədar onun payına uyğun pul kompensasiyasının ödənilməsini tələb etmək hüququnu təsdiq edir. bu paylı investisiya fondunu təşkil edən əmlaka ümumi mülkiyyət hüququ, istənilən iş günü. İnvestisiya payı səhm qiymətli kağızı deyil. İnvestisiya payı ilə təsdiq edilmiş hüquqlar sənədsiz formada qeydə alınır. Açıq və interval vahid investisiya fondlarının idarəetmə şirkətləri tərəfindən buraxılan investisiya paylarının sayı məhdudlaşdırılmır. Qapalı paylı investisiya fondunun idarəedici şirkəti tərəfindən buraxılmış investisiya paylarının sayı bu pay investisiya fondunun etibarlı idarə edilməsi qaydalarında göstərilir. İnvestisiya payının nominal dəyəri yoxdur. Bir mülkiyyətçiyə məxsus olan investisiya vahidlərinin sayı kəsr sayı kimi ifadə edilə bilər. Qiymətli kağızların investisiya vahidlərindən törəmə alətlərin buraxılmasına yol verilmir.
İnvestisiya sertifikatı
İnvestisiya büdcəsi
İnvestisiya büdcəsi — müəssisənin investisiya fəaliyyəti üçün vəsaitlərin bütün daxilolmalarını və xaricələrini əks etdirən büdcə icmal büdcənin tərkib hissəsidir . İnvestisiya büdcəsinə aşağıdakılar daxil ola bilər: strateji inkişaf planında nəzərdə tutulmuş fəaliyyətlər (bax: Strateji idarəetmə); dövlət orqanlarının tələbi ilə tamamlanmalı olan layihələr; cari büdcələrin icrası ilə bağlı layihələr; fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəlmiş layihələr. Bütün fəaliyyətləri başlamış və yeni başlayan layihələrin davamı kimi bölmək olar. İnvestisiya büdcəsinə, əgər şirkətin qarşıdan gələn büdcə dövründə inkişaf strategiyası ilə nəzərdə tutulmuşdursa, portfel investisiyaları da daxildir. İnvestisiya büdcəsi tərtib edilərkən, maliyyələşdirmə mənbələri üzrə məcburi bölmə ilə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlmiş şirkətin maliyyə imkanları diqqətlə təhlil edilir. İnvestisiya büdcəsinə yalnız maliyyələşdirilə bilən layihələr daxildir. Əgər maliyyə imkanları məhduddursa, seçim etməlisiniz və üstünlük aşağıdakılara verilir: dövlət orqanlarının tələblərinin ödənilməsinə yönəlmiş layihələr; həyata keçirilməməsi müəssisənin dayanmasına səbəb ola biləcək layihələr; artıq layihələrə start verilib. Artıq başlanmış layihələr üçün məbləğlər əvvəllər tamamlanmış işlər nəzərə alınmaqla bu büdcə dövrü üçün nəzərdə tutulan işlərə əsasən müəyyən edilir. Büdcəyə daxil olan hər bir investisiya layihəsi üçün bu layihənin maliyyələşdiriləcəyi mənbə göstərilməlidir. İnvestisiya büdcəsinin nəticələri PVH büdcəsinin tərtibində və balans hesabatının tərtibində nəzərə alınır.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Kodak şirkəti
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi əsərlərinin istehsalı, təbliği və distibusiyası üzrə ixtisaslaşmış şirkət. Səsyazma leyblları yeni musiqiçilərin üzə çıxarılmasında və populyar edilməsində mühüm əhəmiyyət kəsb edir. İstedadlı musiqiçilərin uğuru böyük ölçüdə leyblların dəstəyinə əsaslanır. Leyblların A&R nümayəndələri potensialı olan sənətçiləri kəşf edir və onlarla tərəfdaşlığın şərtlərini əks etdirən müqavilələr bağlayır. Leybllar musiqi karyerasına başlamaq istəyən sənətçilər üçün vacib tərəfdaşlar hesab olunur. Sənətçinin musiqisinin daha geniş auditoriyaya çatdırılması işi də məhz leyblların üzərinə düşür. Leybllar mahnıların radioda yayımlanması, albomların satışa çıxarılması, müəllif hüquqlarının qorunması, prodüserlərin tapılması, konsert turlarının təşkili və musiqi videolarının istehsalı kimi şeylərdən məsuldurlar. Leybllar səsyazmaların satışından və oxunmasından əldə edilən gəliri toplayır və müqavilələrinə uyğun olaraq qonorarları sənətçilərinə geri paylayır. Gəlir bölgüsü müqavilələri sənətçi ilə leybl arasındakı müqavilənin şərtlərindən asılı olaraq dəyişir.
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Virciniya şirkəti
Virciniya şirkəti (ing. Virginia Company) — iki ingilis səhmdar cəmiyyətinin adı: London və Plimut şirkətləri. Hər iki şirkət 1606-cı ildə Şimali Amerikanı ticarət etmək və müstəmləkə etmək üçün Riçard Hakluytun köməyi ilə quruldu. London şirkəti Atlantik Okeanının sahilindəki 34 və 41 paralellər arasında əraziyə mülkiyyət qazandı. Plimut şirkətinin ərazisi 38 ilə 45 paralel arasında idi. Londonlular 1607-ci ildə Ceyms Çayı üzərində Ceymstaun koloniyasını qurdular; Plimutlar, üstəlik, Kennebek çayı üzərində Papa Koloniyasını qurdular. 1609-cu ildə Plimut şirkəti fəaliyyətini dayandırdı və bütün torpaqlar London şirkətinin mülkiyyətinə keçdi. Maliyyə baxımından şirkət uğurlu olmadı və hətta yeni kapital toplamaq üçün bir lotereyaya müraciət etdi. Şirkət 1624-cü ildə Virciniyaya sahib olmaq və idarə etmək üçün patentini itirdi və Virciniya İngilis müstəmləkəsi oldu. Bu hadisə, əsasən 1622-ci ildə Ceymstaunda Hindistan qırğınının nəticəsi idi.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.

Значение слова в других словарях